
2016-cı ilin yanvar ayında Ceyhan limanından 2,8 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.
Publika.az SOCAR-a istinadən xəbər verir ki, yanvar ayı ərzində 2 milyon 848 min 91 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Bu həcmin 1 milyon 510 min 914 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il fevral ayının 1-ə qədər Ceyhan limanından 294 milyon 41 min 863 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
İqtisadiyyat şöbəsi