• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Vergilər naziri 7 müşavirini işdən azad etdi - KADR İSLAHATI

Vergilər naziri 7 müşavirini işdən azad etdi - KADR İSLAHATI

Vergilər Nazirliyində bir sıra kadr dəyişikliyi və yeni təyinatlar həyata keçirilib. Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı yarıbayarı azaldılıb, yeni idarə rəisləri təyin olunub.

Publika.az nazirliyə istinadən bildirir ki, 13 müşavirdən 7-si vəzifədən azad edilib, bir yeni müşavir təyinatı olub.

Məlumata görə, vəzifədən azad olunan 7 müşavir nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunub. Onlar Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Müsavər Nəbiyevdir.

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Taryel Aydın oğlu Quliyev isə F.Məmmədovun əmri ilə vergilər nazirinin müşaviri təyin edilib. Bu təyinata qədər T.Quliyev Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Bu arada, Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi də dəyişib. Bu idarənin rəisi Natiq Şirinov Beynəlxalq Münasibətlər və Maliyyə İnstitutlarında Vergi Monitorinqi Baş İdarəsinin rəisi təyin olunub. Onun yerinə isə Samirə Musayeva təyinat alıb. S.Musayeva buna qədər Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi olub.

Nazirliyin Hüquq Baş İdarəsinin rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə tapşırılıb. Z.Məmmədzadə bu təyinata qədər Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi olub.

Nazirlikdə daha bir kadr dəyişikliyi olub. Vergi Auditi və Operativ Nəzarət Baş İdarəsinin rəisi İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.

Vergi Auditi və Operativ Nəzarət Baş İdarəsi isə Toğrul Quliyevə tapşırılıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR