Dollar, avro və rubl ucuzlaşdı - MƏZƏNNƏ
Bizi izləyin

Ekopublika.az

Dollar, avro və rubl ucuzlaşdı - MƏZƏNNƏ

Mərkəzi Bankın (MB) bu günə olan məzənnələr bülletenindən görünür ki, dolların rəsmi məzənnəsi həftəsonu və bazar ertəsi üçün dəyişməyib - 1,5819 AZN.

Publika.az-ın hesablamasına görə, bu o deməkdir ki, fevralın 5-i ilə müqayisədə dollar 0,0034 manat və ya 0,21% ucuzlaşıb.

Avro da manata nisbətdə bir qədər də zəifləyib. Avrozonanın vahid valyutası 0,0139 manat və ya 0,78% ucuzlaşaraq 1,7610 manat olub.

Rusiya rublu da manata nisbətdə dəyər itirib. Rubl 0,0002 manat ucuzlaşaraq 0,0205 manata düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm