Banklarda əmanət faizləri azalıb
Bizi izləyin

Ekopublika.az

Banklarda əmanət faizləri azalıb

Bu ilin əvvəlindən banklara yerləşdirilən depozitlər, eləcə də kreditlər üzrə faizlərdə azalma baş verib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2016-ci il yanvarın 1-nə manatla yerləşdirilən depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,08 faiz təşkil edib.

Xarici valyutada əmanətlər 8,06 faiz olub.

Fiziki şəxslərin manatla əmanətləri 9,14 faiz, xarici valyutada əmanətləri 8,83 faizlə qəbul edilib.

Banklar tərəfindən verilmiş kreditlərin faiz dərəcələrinə gəlincə, fiziki şəxslərə manatla kreditlər 17,46 faizlə, xarici valyuta ilə 20,72 faizlə təqdim edilib.

Onu da bildirək ki, bu ilin əvvəlinə bankların kredit portfelinin həcmi 21718,0 milyon manat təşkil edib. Bunun 38,6 faizi ev təsərrüfatlarına (8383,6 milyon manat) verilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm