Nağdsız ödənişlər azalıb – SƏBƏB
Bizi izləyin

Ekopublika.az

Nağdsız ödənişlər azalıb – SƏBƏB

Bu ilin əvvəlinə ödəniş kartlarının sayı 5 milyon 659 min ədədə düşüb. 2015-c ilin müvafiq dövründə bu rəqəm 6 milyon 18 min ədəd olub.

Publika.az xəbər verir ki, dövriyyədə olan ödəniş kartlarının 2 milyon 451 min ədədi sosial kartlar, 1 milyon 467 min ədədi əməkhaqqı kartları, 1 milyon 10 min ədədi kredit kartları olub.

Kəskin say azalması kredit kartlarında qeydə alınıb. Kredit kartları ötən ilin əvvəlində 1 milyon 332 ədəd təşkil edirdisə, ilin sonuna 1 milyon 10 ədəd kredit kartı qalıb.

Kartlarla ölkə daxilində aparılan nağd əməliyyatların həcminə gəlincə, ATM-lər vasitəsilə əməliyyatların həcmi 906 milyon manat, POS-terminallar vasitəsilə 89 milyon manat olub.

Rəqəmlərin müqayisəsi göstərir ki, nağd əməliyyatların həcmi bir ildə artıb. Əvəzində pos-terminallar vasitəsilə nağdsız ödənişlər azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm