İlk istiqrazlar satıldı
Bizi izləyin

Ekopublika.az

İlk istiqrazlar satıldı

Azərbaycan Maliyyə Nazirliyinin Bakı Fond Birjasında fevralın 5-də hərraca çıxardığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının emissiyası uğurla yerləşdirilib.

Publika.az nazirliyə istinadən xəbər verir ki, ümumi həcmi 12 mln. dollar olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq illik 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.

Eyni zamanda, ümumi həcmi 20 mln. manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq illik 7,79% və 8,80% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.

Maliyyə Nazirliyi ümumi həcmi 500 mln. dollar və 400 mln. manat məbləğində dövlət qeydiyyatından keçmiş dövlət istiqrazlarının emissiya prospektlərinə uyğun olaraq 2016-cı ilin sonunadək mütəmadi hərracların keçirilməsini təmin edəcəyini açıqlayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm