Sabahdan əmanətçilərdən ərizə qəbuluna başlanacaq
Bizi izləyin

Ekopublika.az

Sabahdan əmanətçilərdən ərizə qəbuluna başlanacaq

Fevralın 9-dan “Yunayted Kredit Bank”ın qorunan əmanətçilərindən ərizə qəbuluna başlanılacaq.

Publika.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib.

O bildirib ki, bu bank haqqında əldə olunan məlumatlar tam olmadığı və dəqiqləşdirmələr aparıldığı üçün kompensasiyaların ödənilməsi prosesinə başlanılması vaxtı haqqında yaxın günlərdə məlumat veriləcək.

Kompensasiyaların verilməsi üçün agent bank da müəyyənləşib. Belə ki, əmanətçilərə kompensasiyalar “Unibank” ASC-nin filialları vasitəsilə veriləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm