Azərbaycanda 565,6 ton balıq ovlanıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda 565,6 ton balıq ovlanıb

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, 2015-ci ildə Azərbaycanda 156 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 677,9 ton kvotaya qarşı 565,6 ton balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2014-cü illə müqayisədə keçən il kvota üzrə balıq ovu 35,8 faiz azalıb. Ovlanmış balığın 138 tonu kilkə, 118 tonu siyənək, 116 tonu kütüm, 78 tonu kefal, 54 tonu külmə, 21 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

Keçən il balıqçılar tərəfindən kvota üçün ödəniş 26,7 min manat təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm