Hansı debet kartı sizə unikal imkanlar yaradır?
Bizi izləyin

Ekopublika.az

Hansı debet kartı sizə unikal imkanlar yaradır?

Bu gün minlərlə insan “ALBALI PLUS” debet kartından istifadə edir. Sərfəli debet kartı axtaranlar niyə məhz bu kartı seçirlər? Səbəb çox sadədir: “ALBALI PLUS” debet bazardakı mövcud debet kartlarından üstün funksiyaları ilə seçilir. Əvvəla “ALBALI PLUS” debetdən öz şəxsi vəsaitini Unibank bankomatlarından nağdlaşdıran kart sahibi heç bir komissiya ödəmir. Hesabındakı bütün məbləği 0% komissiya ilə nağdlaşdıra bilir. Hansı ki, bazardakı əksər debet kartlarda şəxsi vəsaitin nağdlaşdırılması zamanı faiz tutulur. Digər bir unikal üstünlük kart sahibinin kartda olan vəsaitinə depozit faizi hesablanmasıdır. Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz. “ALBALI PLUS” debetdə vəsait saxlayan müştərilər kartın valyutasından və reytinqindən asılı olaraq, illik 6%-dək gəlir əldə edəcəklər.

Kartın daha hansı üstünlükləri var?

“ALBALI PLUS” debet kartını istədiyiniz valyutada- həm manat, həm də dollarda sifariş edə bilərsiniz.

“ALBALI PLUS” debet kartı istifadəçilərinə dünyanın hər bir nöqtəsində pos-terminal olan mağazada alış-veriş etmək və ya onlayn şəkildə rahat və daha təhlükəsiz ödəniş etmək imkanını yaradır.

Kartı www.unibank.az saytından onlayn sifariş edərək, vaxt itirmədən bank filialından hazır kartınızı götürə bilərsiniz.

Yaxın vaxtlarda isə “ALBALI PLUS” debet kartı ilə təmassız (contactless) ödəniş etmək də mümkün olacaq. Bu texnologiyanın özəlliyi ölkə daxilində 20 manatadək xırda alış-veriş əməliyyatlarının PIN-kod daxil edilmədən yerinə yetirilə bilməsidir. Bu, kart istifadəçilərinin vaxtına qənaətə imkan yaratmaqla, kartdan istifadəni daha da asanlaşdırır.

“ALBALI PLUS” debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən Unibank filialına müraciət edə bilərsiniz. Kartın qiyməti 10 AZN/USD-dir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, unibank.az və albali.az saytlarından və yaxud bankın facebook və twitter səhifələrindən www.facebook.com/unibank.azhttps://twitter.com/unibank əldə etmək olar.

ALBALI PLUS- arzuları reallaşdıran kart!

Unibank-hər kəsin bankı!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm