• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

SOCAR büdcə ödənişlərini açıqladı

SOCAR büdcə ödənişlərini açıqladı

SOCAR bu ilin yanvar ayı üzrə dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərini açıqlayıb.

Publika.az-a şirkətdən verilən məlumata görə, ötən ay SOCAR dövlət büdcəsinə 117 mln. 691 min manat vəsait ödəyib. Bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 811 min manat və ya 0,7% azdır.

Bundan əlavə, bu ilin yanvar ayında SOCAR DSMF-yə 10 mln. 128 min manat vəsait köçürüb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 1 mln. 803 min manat və ya 11,1% azdır.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR