“Goldman Sachs”: neftin qiyməti 20 dollardan aşağı düşə bilər
Bizi izləyin

Ekopublika.az

“Goldman Sachs”: neftin qiyməti 20 dollardan aşağı düşə bilər

“Goldman Sachs Group Inc.” neftin qiymətinin 20 dollardan aşağı düşəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, “Goldman”ın əmtəə araşdırma müdiri Cef Kurrie xam neft yığma tutumunun bəzi yerlərdə tükənməkdə olduğunu söyləyib.

Beynəlxalq Enerji Agentliyi də qlobal neftə olan tələb proqnozunu aşağı salıb. Agentlik 2016-ci ildə tələbin sutkada 100 milyon bareldən 95,6 milyon barelə düşəcəyini açıqlayıb.

O da məlum olub ki, 2016-cı ildə neft hasilatı azalmağa başlayacaq: “Bununla belə, bazarda neft bolluğudur. Qısa müddətdə neftin qiymətinin yüksələcəyini proqnozlaşdırmaq çətindir. Bu şərtlər altında qısamüddətli qiymət azalması riski artıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm