
“Bank Rossiya” uçot stavkasını 11 faiz səviyyəsində saxlayıb. Eyni zamanda, yaydığı press-relizdə gələcək günlərdə faiz dərəcəsini aşağı salmayacağına işarə vurub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar ayı üzrə inflyasiya 7 faiz proqnozlaşdırılıb. Rusiya Statistika Komitəsinin açıqlamasına görə, 2016-ci ilin yanvar ayında ölkədə inflyasiya 0,2 faiz olub. İllik bazada isə inflyasiya 11,5 faizə düşüb.
“Bank Rossiya”nın proqnozuna əsasən, 2016-cı ilin birinci rübündə istehlak xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8-9 faiz artacaq.
İqtisadiyyat şöbəsi