Ekopublika.az
Dövlət orqanlarının vergi borcu açıqlandı - RƏQƏM
Bu ilin yanvarın 1-nə Azərbaycanda vergi borclarının məbləği təxminən 2,4 milyard manat təşkil edir.
Publika.az “APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavininin sözlərinə görə, bu məbləğin təxminən yarısı dövlət, digər yarısı isə özəl sektora aiddir: "Vergi borclarının alınması üçün vergi orqanları müvafiq tədbirlər görür. Bu tədbirlər nəticəsində biz borcların azalmasına nail olacağıq. Vergi borclarının ödənilməsi ilə bağlı könüllülük səviyyəsi artmaqdadır. Bu gün könüllülük səviyyəsi təxminən 70% civarındadır. Amma vergi orqanlarının xətti ilə büdcə daxilolmalarının təxminən 30%-i borca çevrilir və müvafiq tədbirlər görüldükdən sonra dövlət büdcəsinə ödənilir. Biz çox istərdik, bu səviyyə azalsın və könüllü ödəmə səviyyəsi artsın".
S.Ələkbərov bildirib ki, vergiləri hesablamaq və dövlət büdcəsinə ödəmək vergi ödəyicisinin borcudur: "Bunu vergi ödəyicisi özü eləməlidir. Amma bu işlərə nəzarət eləmək vergi orqanlarının vəzifəsidir. Təbii ki, dünyanın bütün ölkələrində, o cümlədən, Azərbaycanda da vergidənyayınma halları var. Bununla bağlı vergi orqanları tərəfindən çox ciddi tədbirlər görülür. Təkcə şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması məsələsinə baxsaq, ötən ilin dekabr ayında əvvəlki 11 ayla müqayisədə büdcəyə vergi daxilolmaları iki dəfə çox olub. Burada əsas məqsəd maarifləndirmə işini aparmaq, bizim şou-biznes nümayəndələrini maarifləndirməkdir".
İqtisadiyyat şöbəsi
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı