Nağdsız hesablaşmalarda YENİLİK
Bizi izləyin

Ekopublika.az

Nağdsız hesablaşmalarda YENİLİK

Azərbaycan bu ildən kiçik nağdsız hesablaşmalar zamanı birbaşa debetləşdirməyə - bank hesablarından vəsaitlərin birbaşa silinməsinə keçəcək.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Ödənişlər Sistemi və Hesablaşmalar Departamentinin direktor müavini Vahid Qurbanlı "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib.

Onun sözlərinə görə, 2016-cı ilin I rübündə Azərbaycanın milli ödəniş sisteminin yaradılması üzrə işlər başa çatacaq.

V.Qurbanlı əlavə edib ki, bu il bankın təqdim etdiyi avtomatlaşdırılmış iş yerləri yeni platformalara keçiriləcək: "Tənzimləyici nazirlik yanında mərkəzləşdirilmiş informasiya bazası yaradılıb. Bəzi təhsil müəssisələrinə isə avtomatlaşdırılmış iş yerləri təqdim edilib".

Departament direktoru qeyd edib ki, hazırda Vergilər Nazirliyi ilə birlikdə "Expressbank" və "Kapital Bank" tərəfindən terminalların quraşdırılması üzrə plan hazırlanır, həmin terminalların köməkliyi ilə vergiləri ödəmək mümkün olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm