OPEC 2016-cı il üzrə proqnozunu açıqladı
Bizi izləyin

Ekopublika.az

OPEC 2016-cı il üzrə proqnozunu açıqladı

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı yanvarda gündəlik ortalama 131 min barel artaraq 32,3 milyon barelə yüksəlib.

Publika.az bildirir ki, OPEC-in yanvar ayına dair Neft Bazarı Hesabatına görə, kartel ölkələri içərisində xam neft istehsalını ən çox Nigeriya, Səudiyyə Ərəbistanı, İraq və İran reallaşdırıb, Anqola və Əlcəzairdə isə neft istehsalı azalıb.

Məlumatlara görə, 2015-ci ildə gündəlik 92,96 milyon barel olan qlobal neft tələbi bu il gündəlik ortalama 1,25 milyon barel artımla 94,21 milyon barelə çatacaq.

Təşkilatın özünün neftə olan tələbatı ötən illə müqayisədə gündəlik olaraq 1,8 milyon barel artaraq sutkada 31,6 milyon barelə çatacağı gözlənilir.

Bununla belə, kartel xaricində neftin hasilatının gündəlik olaraq 40 min barel düşəcəyi ilə bağlı proqnozunu azaldıb. Təşkilatın qiymətləndirməsinə görə, bu göstərici sutkada 700 min barel azalaraq gündəlik 56,28 barelə çatacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm