Neft yenə ucuzlaşdı
Bizi izləyin

Ekopublika.az

Neft yenə ucuzlaşdı

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar azalaraq 26,85 dollar təşkil edib.

Publika.az-ın məlumatına görə, “Brent” markalı neft də ucuzlaşıb. Bu neftin 1 barelinin dəyəri 0,44 dollar azalaraq 30,40 dollar olub.

Azərbaycan nefti isə bir dollardan artıq ucuzlaşıb. “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,16 dollar və ya 3,56% düşərək 31,45 dollar təşkil edib.

Qızıl isə kəskin bahalaşıb. Qiymətli metalın unsiyası 12,90 dollar qalxaraq 1207,50 dollardan satılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm