“Rosneft”in prezidenti: “Neftin qiymətini onlar salır...”
Bizi izləyin

Ekopublika.az

“Rosneft”in prezidenti: “Neftin qiymətini onlar salır...”

Maliyyə alverçiləri ucbatından neftin qiyməti 10 dollara düşə bilər.

Publika.az xəbər verir ki, bunu Rusiyanın "Rosneft" Dövlət Neft Şirkətinin prezidenti İqor Seçin bəyan edib.

Londonda "International Petroleum Week" konfransında çıxış edən Seçin deyib ki, alverçilərlə mübarizənin yolu neft hasilatının azaldılmasıdır: "İstehsalçılar tərəfindən mütəşəkkil olaraq neft hasilatının sutkada 1 milyon barel azaldılması dunya bazarındakı qeyri-müəyyənliyi aradan qaldıra bilər".

İ.Seçin onu da əlavə edib ki, 2016-cı ilin sonuna neftə tələb və təklifin disbalansı azala bilər, 2017-cı ilin axırlarına isə sutkada 0,5 milyon barel "qara qızıl"ın defisitini ehtimal etmək olar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm