Azərbaycanlılar Türkiyədə ev almırlar
Bizi izləyin

Ekopublika.az

Azərbaycanlılar Türkiyədə ev almırlar

2015-ci ildə Türkiyədə xaricilərə 22 991 ev satılıb. Bu ölkədə ən çox ev alan iraqlılardır. Onlar 4 228 evlə ilk sırada qərarlaşıblar.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə 2 704 ev alıblar. Bununla da siyahının ikincisi olublar.

Küveytlilər 2130, Rusiya vətəndaşları 2036 ev, İngiltərə vətəndaşları 1054 ev alıblar. Xaricilərin 70 faizi İstanbul, Yalova, Antalya və Sakaryada ev sahibi olublar.

Bu siyahı üzrə alıcıları qruplaşdırsaq, Səudiyyə Ərəbistanı vətəndaşlarının təxminən yarısı İstanbul, Trabzon, Yalova və Bursada ev alıblar.

Küveytlilər isə Bursa, İstanbul, Aydın, Sakarya və Kocaeli daxil olmaqla 15 bölgədə mənzil alışı reallaşdırıblar.

Rusların seçimi - Antalya

Rusiya vətəndaşlarının 75,2 faizi Antalya, İstanbul, Mersin və Muğla daxil olmaqla 19 bölgədə ev sahibi olublar.

İngilislərin 5,8 faizi Muğla, Aydın və Antalya daxil olmaqla Türkiyənin 16 bölgəsində ev alıblar.

Ən çox ev İstanbulda alınıb

Xaricilərlə aparılan alqı-satqı əməliyyatlarının 93,5 faizi 10 bölgədə reallaşıb. Xaricilər təkcə İstanbuldan 7 493 ev alıblar. İstanbulda ən çox əmlak Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Əfqanıstan vətəndaşları tərəfindən alınıb.

Antalyada isə 6072 ev satışı həyata keçirilib. Bu kurort şəhərində ən çox əmlak alanlar Rusiya, İraq, Ukrayna və Almaniya vətəndaşlarıdır.

Bursada 1501 ev satılıb. Bu mənzillərin təxminən yarısını Küveyt vətəndaşları alıblar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm