Ekopublika.az
Qiymətli kağızlarla bağlı yeni QAYDALAR
Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Publika.az-ın xəbərinə görə, bu qayda qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi qaydasını müəyyən edir.
Bundan başqa, Komitə tərəfindən “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu qaydalar Azərbaycan ərazisində qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən Qanun ilə açıqlanması müəyyən edilmiş məlumatların dairəsini, açıqlanması vasitələrini və müddətlərini, eləcə də Məlumatların Elektron Açıqlanması Sisteminin funksiyalarını müəyyən edir.
Həmçinin, “Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, habelə investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları açıqlaması Qaydası” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Bu qayda kütləvi təklif üsulu ilə yerləşdirilmiş və ya tənzimlənən bazarda ticarətə buraxılmış qiymətli kağızlar və ya baza aktivi həmin qiymətli kağızlar olan törəmə maliyyə alətləri və ya onların emitentləri barədə investisiya tədqiqatının hazırlanması və açıqlanmasına dair tələbləri müəyyən edir.
İqtisadiyyat şöbəsi
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub