Xarici ticarətdə 7,3 milyardlıq müsbət saldo
Bizi izləyin

Ekopublika.az

Xarici ticarətdə 7,3 milyardlıq müsbət saldo

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ötən il dünyanın 165 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Publika.az xəbər verir ki, 111 ölkəyə məhsul ixrac olunub, 147 ölkədən idxal həyata keçirilib. Ticarət dövriyyəsinin 9,6 faizi MDB üzvü dövlətləri, 48,2 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 25781,0 milyon dollar, o cümlədən ixracın həcmi 16559,6 milyon dollar, idxalın həcmi 9221,4 milyon dollar təşkil etmiş, nəticədə 7338,2 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunan məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

2015-ci ildə qeyri-neft məhsullarının ixracı 2014-cü illə müqayisədə 2,7 faiz artaraq 1581,2 milyon dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm