Ekopublika.az
500 avroluq əsginazlar dövriyyədən çıxarılır
Avropa İttifaqının (Aİ) maliyyə nazirləri Brüsseldə keçirilmiş toplantıda 500 avroluq əsginazların dövriyyədən çıxarılmasına dair təklif irəli sürüblər.
Bunun əsas səbəbi bu əsginazların terroristlər, çirkli pulların yuyulması və narkotik vasitələrin ticarəti ilə məşğul olanlar tərəfindən ən çox istifadə edilən əsginaz olmasıdır. Nazirlərin irəli sürdüyü təklif əsasən terrorizmin maliyyələşdirilməsində geniş istifadə olunan 500 avroluq əsginazlarla bağlı təhlükələrin necə azaldılmasına dair məqamları özündə əks etdirir.
Fransanın maliyyə naziri Mişel Sapin məsələyə münasibət bildirərək vurğulayıb ki, 500 avroluq əsginazlar son zamanlar standart alış-veriş əməliyyatlarından çox qeyri-qanuni transaksiyaların həyata keçirilməsində istifadə olunur. Hollandiyanın maliyyə naziri Jeroen Dijsselbloem isə böyük nominallı əsginazların terrorizmin maliyyələşdirilməsində asanlıqla istifadə olunduğunu və bunun böyük risk yaratdığını bildirib. O, Avropa Mərkəzi Bankına (AMB) müvafiq məsələ ilə bağlı araşdırmanın aparılması üçün müraciət ediləcəyini bildirib.
Ötən il Parisdə törədilmiş terror aktlarından sonra Fransa hökuməti Avropa İttifaqını terrorizmin maliyyələşdirilməsi ilə mübarizə istiqamətində vahid yanaşma tətbiq etməyə çağırır. Qurumun bu ay irəli sürdüyü fəaliyyət planında yüksək dəyərə malik olması baxımından 500 avroluq əsginazlara kriminal şəbəkələr arasında böyük tələbatın olması xüsusi vurğulanır.
AMB-nin məlumatına görə, dövriyyədəki təxminən 1 trilyon avronun 30 faizi 500 avroluq əsginazlardan ibarətdir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!