• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Ekspert: “Məqsəd qiymət artımının qarşısını almaqdır”

Ekspert: “Məqsəd qiymət artımının qarşısını almaqdır”

Uçot dərəcəsinin artırılması Azərbaycanda kreditləri bahalaşdıracaq.

Bunu Mərkəzi Bankın qərarını Publika.az-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev deyib.

“Milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq mərkəzi banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan AMB-nin uçot dərəcəsini qaldırması gözlənilən idi. Əslində, qurumun bu qərarı bir qədər gecikib. Çünki AMB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. AMB-nin bu addımının məqsədi inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün AMB yaxın dövrlərdə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdlracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvəni artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”, - ekspert bildirib.

Qeyd edək ki, milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5% (əvvəlki 3%), likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2% (əvvəlki 0,1%), yuxarı həddini isə 10% (əvvəlki 5 %) səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR