Daşınmaz əmlak bazarında qiymətlər stabilləşib – EKSPERT
Bizi izləyin

Ekopublika.az

Daşınmaz əmlak bazarında qiymətlər stabilləşib – EKSPERT

Son bir ayda bazarda güzəştli ipoteka şərtləri ilə mənzil təklif edən şirkətlərin sayı artmaqdadır. Bunun daşınmaz əmlak bazarına təsirləri isə sual doğurur.

Daşınmaz əmlak bazarı üzrə mütəxəssis Rəşad Əliyev Publika.az-a açıqlamasında bazarda vəziyyətin sabitləşdiyini deyib: “Sabitləşmə dedikdə, dekabr devalvasiyasının şokunun təsirinin keçməsini nəzərdə tuturam. Qiymətlərin hazırkı hərəkətində xaotiklik müşahidə olunur ki, bu da aşağı likvidliklə bağlıdır”.

Ekspert bildirir ki, tikinti şirkətlərinin həyata keçirdikləri ipoteka proqramlarının bazara təsiri əhəmiyyətli deyil: “Nəzərə almaq lazımdır ki, bir çox insanlar tikilən binalardan ev almaqdan çəkinir”.

R.Əliyev, ümumilikdə, bütün bazarlar üzrə likvidliyin aşağı olduğunu deyir. Onun sözlərinə görə, bazarda qeyri-müəyyənlik çoxdur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm