Avropa - Qafqaz - Asiya dəhlizi ilə nə qədər yük daşınıb? - RƏQƏM
Bizi izləyin

Ekopublika.az

Avropa - Qafqaz - Asiya dəhlizi ilə nə qədər yük daşınıb? - RƏQƏM

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 52,2 milyon ton, yük dövriyyəsi isə 10956,1 milyon ton-km olub.

Publika.az xəbər verir ki, yüklərin 30,65 milyon tonu və ya 58,7 faizi avtomobil nəqliyyatı, 15,52 milyon tonu və ya 29,7 faizi dəmir yolu nəqliyyatı, 6,06 milyon tonu və ya 11,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2014-cü illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 10,2 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22,0 faiz və 34,8 faiz) olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,7 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,2 faizini və ya 9,49 milyon tonunu tranzit yüklər təşkil edib.

İl ərzində dəhliz vasitəsilə 331,1 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 6628,5 milyon sərnişin-km olub. Əvvəlki illə müqayisədə sərnişin daşınması 7,8 faiz, sərnişin dövriyyəsi isə 7,5 faiz artıb.

Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm