Valyutadəyişmə məntəqələrini bununla əvəz etdilər - VİDEO
Bizi izləyin

Ekopublika.az

Valyutadəyişmə məntəqələrini bununla əvəz etdilər - VİDEO

Bakıda valyuta dəyişən bankomatlar fəaliyyətə başlayıb.

ANS-in məlumatına görə, vətəndaşlar banklarda növbəyə durmadan, günün istənilən vaxtı bankomatlar vasitəsi ilə istər xarici valutalarını , istərsə də manatlarını konvertasiya edə biləcəklər.

Bank mütəxəssislərinin fikrincə atılan bu addım həm bankların, həm də vətəndaşların işini asanlaşdıracaq. Bank mütəxəsisi Cavanşir Abdullayev bildirdi ki, bunun bank üçün önəmi ondan ibarətdir ki, onlar çox xərc çəkmədən, ayrıca işçi saxlamadan, icarə pulu vermədən mübadilə xidmətlərini təqdim edirlər.

"Vətəndaşlar banklarda mübadilə əməliyyatlarını günün müvafiq vaxtına kimi apara bilirdilərsə, bu aparatlardan günün istənilən vaxtı yararlana biləcəklər”, - Cavanşir Abdullayev bildirdi.

Bankomatlarda hələlik üç valyuta - manat, dollar və avro olaraq qaytarılır. Bu xidmətdən yararlanmaq üçün bankomata valyutanızı daxil edirsiz və günün məzənnəsinə uyğun olaraq, əlavə faiz tutulmadan pulunuz konvertasiya edilərək sizə qaytarılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm