Rusiya və Səudiyyə Ərəbistanı razılaşdı: neft hasilatı “donduruldu”
Bizi izləyin

Ekopublika.az

Rusiya və Səudiyyə Ərəbistanı razılaşdı: neft hasilatı “donduruldu”

Xəbər verdiyimiz kimi bu gün Qətərin paytaxtı Dohada Rusiyanın və Səudiyyə Ərəbistanının energetika nazirlərinin görüşü keçirilib.

Publika.az-ın məlumatına görə, səudiyyəli nazir Əli əl-Nəimi, rusiyalı nazir Aleksandr Novak, eləcə də Qətər və Venesuelanın energetika nazirliklərinin nümayəndələrinin qatıldığı förüçdə hasilatı 11 yanvar səviyyəsində "dondurmağa" qərar verilib.

Qətərin energetika naziri əl-Səda görüşün nəticəsi barədə deyib: “Aşağı neft qiymətləri dünya üçün yaxşı olmadı. OPEC və Rusiya uğurlu bir toplantını başa çatdırıb".

Qeyd edək ki, görüşün keçirildiyi dəqiqələrdə “Brent” neftinin qiyməti 6,43% qalxaraq 35,54, dolları görüb. Bu xəbərlər fonunda rubl da bahalaşmağa başlayıb.

Xatırladaq ki, Beynəlxalq Energetika Agentliyinin (BEA) göstəricilərinə görə, Səudiyyə Ərəbistanı yanvarda sutkada 10,2 mln. barel neft istehsal edib.

Rusiya isə bu ilin ilk ayında sutkada 10,9 mln. barel neft hasil edib. Bu, postsovet dövründə rekord göstərici hesab olunur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm