“Bakcell”in direktoru Azərbaycandan gedir
Bizi izləyin

Ekopublika.az

“Bakcell”in direktoru Azərbaycandan gedir

2011-ci ildən “Bakcell”in icraçı direktoru vəzifəni icra edən Riçard Şirerin müqavilə müddəti başa çatmaq üzrədir.

Publika.az xəbər verir ki, R.Şirer növbəti dövrdə yenidən müqaviləsinin uzadılıb-uzadılmayacağına aydınlıq gətirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, bu il müqavilə müddəti başa çatır və ailə vəziyyətinə görə ölkəmizi tərk edəcək.

Onun sözlərinə görə, Azərbaycandan getmə səbəbi iqtisadi çətinliklərlə bağlı deyil: "Ötən il baba oldum və Britaniyada yaşayan ailəm məni yanına çağırır".

O, şirkətin maliyyə vəziyyətindən də danışıb: “Rəqiblərimizlə müqayisədə biz hazırkı situasiyadan daha üzüağ çıxırıq. Müştərilər azalmır, bəzi müştərilərin xərcləri azalır. Əlavə yükləmələrin sayı azalıb.

Digər tərəfdən, insanlar bir-biri ilə ünsiyyətdə sms-ə üstünlük vermirlər. Demək olar ki, sms-lər seqment kimi yox olub".

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm