Yeyinti, oğurluq, talan: "Çudo-Peçka"nı bu iş adamı çökdürdü
Bizi izləyin

Ekopublika.az

Yeyinti, oğurluq, talan: "Çudo-Peçka"nı bu iş adamı çökdürdü

Xəbər verdiyimiz kimi, “Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin keçmiş sahiblərinə qaytarılıb. Bu haqda şirkətin sahibi Çingiz Cəlilovun oğlu Anar Cəlilov xəbər yayıb.

Anar bildirib ki, son beş ildə "Çudo-Peçka" mağazalar şəbəkəsi "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmişdi: “Lakin məhkəmənin qərarına əsasən, 15.02.2016-cı il tarixdə şirkətin qanuni təsisçilərinə qaytarılıb. "Çudo-Peçka" mağazalar şəbəkəsində "Bakery Operating Company" MMC-nin və direktor Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılır”.

Publika.az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı işə Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılıb. İddia isə məhz mağazalar şəbəkəsinin rəhbəri Çingiz Cəlilov tərəfindən qaldırılıb.

“Çudo-Peçka" mağazalar şəbəkəsindən verilən məlumata görə, “Bakery Operating Company" MMC “Standart Bank”ın himayəsində olan müəssisə idi. Məhz şəbəkənin banka borcu sayəsində idarəçiliyi ələ ala bilmişdi: “Əvvəl müqavilə müddəti 1 il idi. Sonrada 3 il uzadıldı. Vaxt bitəndən sonra “Bakery Operating Company" MMC burdan çıxmaq istəmədi. Daha dəqiqi, qanunsuz şəkildə şirkəti zəbt etdilər. Onların vaxtında şirkətdə külli miqarda yeyintilər, oğurluqlar baş verib. Firmanın əmlakını talan ediblər. Hazırda audit və prokurorluq işlə məşğuldur. Məhkəmə icraçıları onların nümayəndələrini burdan çıxarıblar”.

O ki qaldı “Çudo-Peçka" mağazalar şəbəkəsinin “Standart Bank”a borcuna, məlum oldu ki, məsələ məhkəmədə araşdırılır: ““Bakery Operating Company" MMC “Standart Bank”ın himayəsində olan firmadır. Ofşorda yaradılıb, ünvanı belə yoxdur. Şirkətimizə külli miqdarda ziyan vurub”.

“Çudo-Peçka” necə çökdürüldü?

Qeyd edək ki, bir zamanlar fast-food sektorunda monopolistə çevrilməyi bacaran bu şəbəkənin problemləri “Standart Bank”a borclanmasından sonra başladı. Belə ki, şəbəkə 2,5 milyon manat kreditin əvəzində bank tərəfindən ipotek edilmişdi. Ç.Cəlilov borcunu qaytara bilmədikdə, bankın nümayəndələri əvvəlcə şirkətin mərkəzi ofisinə yerləşdilər. Növbəti mərhələdə isə şəbəkənin müəyyən hissəsini nəzarətə aldılar. Hətta məlumatlar var ki, o zaman “Standart Bank” “5 qazan” restoranı istisna olmaqla, “Çudo-Peçka"nın bütün mazağalarına əl qoydu. Təkcə “Çudo-Peçka" brendi təsisçi kimi Çingiz Cəlilovda saxlandı.

Hərcmərclik bitdikdən sonra isə fast-food şəbəkəsi bazardakı nüfuzunu itirməyə başladı. Bir-birinin ardınca şəbəkinin mağazalarının qapısına qıfıl vuruldu.

Müəmmalı biznesmen - “Hafka”nın şəriki

O ki qaldı “Bakery Operating Company”nin sahibi Azad Abdullayevin kimliyinə, adı medianın gündəminə ilk dəfə bu ilin yayında gəlib. O zaman Rəşid Behbudov küçəsində oğluna məxsus Az 10 LL 010 dövlət nömrə nişanlı “Maserati” avtomobili yanıb külə dönmüşdü. İddialara görə, Azad Abdullayev azərbaycanlı oliqarx, “Baghlan Group” şirkətlər qrupunun prezidenti Hafiz Məmmədovun (Hafka) şərikidir.

Azad Abdullayevə məxsus “Bakery Operating Company”nin fəaliyyət istiqamətinə gəlincə, şirkətin ünvanı belə olmadığından hələlik bu sual açıq qalır. Suallara son qoymaq üçünsə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm