
Türkiyənin "Tekfen Holdinq" şirkətinə daxil olan "Tekfen İnşaat və Tesisat AŞ" Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Layihəsi çərçivəsində kompressor və sahə stansiyalarına dair mühəndislik, tədarük və tikinti işlərini 457 milyon dollar qiymətlə üzərinə götürüb.
Publika.az "Marja"ya istinadən xəbər verir ki,
"Tekfen Holdinq"dən verilən açıqlamada "Layihənin tamamlanma
müddəti 39 ay müəyyənləşdirilib" ifadələrinə yer verilib.
İqtisadiyyat şöbəsi