3 neft şirkətindən biri müflisləşə bilər – QORXULU PROQNOZ
Bizi izləyin

Ekopublika.az

3 neft şirkətindən biri müflisləşə bilər – QORXULU PROQNOZ

Neft şirkətlərinin 95%-i "qara qızıl"ın bir bareli 15 dollar olacağı halda öz rentabelliklərini saxlaya bilər. TASS xəbər verir ki, bu barədə "Deloitte" konsaltinq şirkətinin yeni hesabatında deyilir.

Publika.az “Trend”ə istinadən bildirir ki, 2014-cü ildə neft şirkətlərinin yalnız 65 faizi neftin qiymətinin 15 dollar/barel olacağı halda öz rentabelliklərini saxlaya bilərdilər.

Hesabat müəlliflərinin fikrincə, bu, şirkətlərin öz istehsal xərclərini azalda bildiklərini göstərir.

"Deloitte", eyni zamanda, hesab edir ki, dünyanın neft şirkətlərinin 1/3-i bu il müflisləşə bilər. Buna səbəb kimi neftin ucuzlaşması və aktivlərin dəyərdən düşməsi göstərilir. Nəticədə isə şirkətlərin borclar üzrə hesablaşmaları çətinləşib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm