Benzin bahalaşdı, inflyasiya 5 dəfə artacaq
Bizi izləyin

Ekopublika.az

Benzin bahalaşdı, inflyasiya 5 dəfə artacaq

Venesuela prezidenti Nikola Maduro üçrəqəmli (150%-ə yaxın) inflyasiyanı dayandırmaq və təxminən 10 ilin ən dərin durğunluğunu yaşayan iqtisadiyyatı dəstəkləmək üçün təxminən 20 il sonra ilk dəfə benzin qiymətlərini qaldırıb və valyutasını devalvasiya edib.

Beynəlxalq Valyuta Fondu bu ilin sonunda Venesuelada inflyasiyanın 750%-ə çıxacağını proqnozlaşdırır.

Publika.az-ın məlumatına “Marja” “Bloomberg”ə istinadən xəbər verir ki, ərzaq və dərman kimi zəruri məhsulların idxalı üçün istifadə edilən əsas məzənnə Maduronun televiziya vasitəsilə ictimaiyyətə verdiyi bəyanatda qeyd etdiyi kimi, dollar qarşısında 6,3 bolivardan 10 bolivara qalxacaq. Bu isə 58,7%-lik bir devalvasiya deməkdir.

Həmçinin, hökumət ən son 13 bolivardan dollar satdığı ara məzənnəni də ortadan qaldıracaq və hər dollara 203 bolivardan əməliyyatların aparıldığı "üzən və bir-birini tamamlayan" alternativ bazarı yaxşılaşdıracaq.

Devalvasiya, dövlətə məxsus neft şirkəti “Petroleos de Venezuela SA”-nın neftdən əldə etdiyi hər dollar üçün daha çox bolivar qazanmasından dolayı dövlət xəzinəsindən çıxışları azaldarkən yüksək benzin qiymətləri də subsidiyalara ayrılan pulun azalmasını təmin edəcək.


Uzun müddətdir davam edən subsidiyalara görə Venesuela xalqı dünyanın ən ucuz benzinini istifadə edirdi. Ancaq hökumət benzinin litrinin qiymətini (Gasoline price) 9,7 centavosdan 6 bolivara yüksəldib - təxminən 62 dəfə artırılıb. 91 oktanlı benzinin litrinin qiyməti isə 7 centavosdan 1 bolivara çıxarılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm