Ötən ay Azərbaycan 547,3 milyon dollarlıq neft satıb
Bizi izləyin

Ekopublika.az

Ötən ay Azərbaycan 547,3 milyon dollarlıq neft satıb

2016-ci ilin yanvar ayında Azərbaycan 547,3 milyon dollarlıq xam neft satıb.

Publika.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, xam neftin ixracından daxil olan vəsait 2015-ci ilin yanvar ayı ilə müqayisədə 2 dəfəyə yaxın azalıb. Ötən ilin yanvar ayında Azərbaycandan 1 milyard 65 milyon dollarlıq, 2014-cü ilin yanvar ayında isə 1 milyard 618 milyon dollarlıq xam neft ixrac edilib.

Beləliklə, neftin qiymətinin yüksək olduğu 2014-cü ilin əvvəli ilə müqayisədə Azərbaycana xam neft satışından daxil olan vəsait ayda 1,1 milyard dollardan çox və ya 3 dəfə azalıb.

Yanvar ayında Azərbaycanın 657 milyon dollarlıq cəmi ixracının 83,3%-i xam neftin, 91%-i isə xam neft, qaz və neft məhsullarının payına düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm