Əhaliyə verilən kreditlərin həcmi 17 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Əhaliyə verilən kreditlərin həcmi 17 faiz artıb

2016-cı ilin yanvar ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21718,0 milyon manat təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, kreditin 16417,2 milyon manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2015-ci il yanvar ayının 1-i ilə müqayisədə 17,1 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,9 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il yanvar ayının 1-nə 9473,9 milyon manat olub.

Onu da bildirək ki, 2016-cı ilin yanvar ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 12,1 faiz artaraq 3080,6 milyon manata çatıb. Gəlirlərin 88,0 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,5 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm