• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

ÜDM-in hər nəfərə düşən payı 418,3 manat olub

ÜDM-in hər nəfərə düşən payı 418,3 manat olub

Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 4011,2 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayına nisbətən 3,3 faiz az ümumi daxili məhsul istehsal edilib.

Publika.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun əsas səbəbi neft-qaz sənayesində, tikintidə, nəqliyyat sektorunda məhsul və xidmətlər istehsalının azalması olub. Əlavə dəyərin 37,3 faizi sənayedə, 10,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə, 20,0 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manata bərabər olub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR