Warning: opendir(/home/publikaaz/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
İdxal olunan məhsulların 21,3 faizi MDB ölkələrinin payına düşüb
    • USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

İdxal olunan məhsulların 21,3 faizi MDB ölkələrinin payına düşüb

İdxal olunan məhsulların 21,3 faizi MDB ölkələrinin payına düşüb

2015-ci ildə ölkənin xarici ticarət dövriyyəsinin həcmi 20645,9 milyon ABŞ dolları təşkil edib.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 11424,5 milyon dollarını və ya 55,3 faizini ölkədən ixrac olunmuş məhsullar, 9221,4 milyon dollarını (44,7 faizini) isə idxal məhsulları təşkil edib. İxracın idxalı üstələməsi nəticəsində 2203,1 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2014-cü ilə nisbətən xarici ticarət dövriyyəsinin həcmi 3,4 faiz, o cümlədən ixrac 4,6 faiz, idxal isə 0,5 faiz azalıb. Ticarət dövriyyəsinin 12,0 faizi MDB üzvü ölkələrinin, 47,0 faizi Avropa İttifaqı ölkələrinin, 41,0 faizi isə digər ölkələrin payına düşüb.

İdxal olunan məhsulların həcminin 21,3 faizi MDB üzvü ölkələrinin, 31,9 faizi Avropa İttifaqı ölkələrinin, 46,8 faizi isə digər ölkələrin payına düşüb.

İxrac edilən məhsulların 4,6 faizi MDB üzvü ölkələrinə, 59,1 faizi Avropa İttifaqı ölkələrinə, 36,3 faizi isə digər ölkələrə göndərilib.

2015-ci ildə qeyri-neft məhsullarının ixracı 2014-cü ilin göstəricisini 2,7 faiz üstələyərək 1581,2 milyon dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR