Tikinti-quraşdırma işlərinə 643,0 milyon manat sərf edilib
Bizi izləyin

Ekopublika.az

Tikinti-quraşdırma işlərinə 643,0 milyon manat sərf edilib

Bu ilin yanvar ayında əsas kapitala 880,7 milyon manat məbləğində vəsait yönəldilib.

Publika.az Statistika Komitəsinə istinadən xəbər verir ki, istifadə olunan vəsaitin 772,0 milyon manatı və ya 87,6 faizi məhsul istehsalı obyektlərinin, 65,7 milyon manatı (7,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 43,0 milyon manatı (4,9 faizi) isə ümumi sahəsi 133,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilib vəsaitlərin 251,3 milyon manatını və ya 28,5 faizini daxili sərmayələr təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 643,0 milyon manatı və ya 73,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm