BTC ilə 2,9 milyon ton neft ötürmüşük
Bizi izləyin

Ekopublika.az

BTC ilə 2,9 milyon ton neft ötürmüşük

Yanvar ayında magistral neft kəmərləri ilə 3,7 milyon ton neft nəql edilib.

Publika.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, nəqletmənin 79,6 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə 2,91 milyon ton neft ötürülüb. Dövr ərzində BTC ilə 0,4 min ton tranzit nefti də nəql edilib.

Ötən ay magistral qaz kəmərləri ilə 2,1 milyard kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 31,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru ilə 662,7 milyon kubmetr qaz ötürülüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm