Ötən il balıqçılığa 2,6 milyon manat xərclənib
Bizi izləyin

Ekopublika.az

Ötən il balıqçılığa 2,6 milyon manat xərclənib

Ötən il ölkədə balıqçılıq təsərrüfatları tərəfindən vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2629,5 min manat və ya 2014-cü illə müqayisədə 326,8 min manat az vəsait sərf olunub.

Publika.az xəbər verir ki, vəsaitin 90,9 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9,1 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən ötən il təbii su hövzələrinə və anbarlarına buraxılan 396,0 milyon ədəd balıq körpələrinin 385,0 milyon ədədi çəkikimilərin, 6,6 milyon ədədi nərəkimilərin, 4,2 milyon ədədi bitki ilə qidalanan balıqların və 0,2 milyon ədədi qızıl balıqların payına düşüb.

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq ölkədə 2015-ci ildə 156 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 677,9 ton kvotaya qarşı 565,6 ton balıq ovlanıb. 2014-cü illə müqayisədə 2015-ci ildə kvota üzrə balıq ovu 35,8 faiz azalıb. Ovlanan balığın 138 tonu kilkə, 118 tonu siyənək, 116 tonu kütüm, 78 tonu kefal, 54 tonu külmə, 21 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm