• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Bu banklar birləşir – məhkəmə qərar verdi

Bu banklar birləşir – məhkəmə qərar verdi

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" birləşəcək.

Publika.az xəbər verir ki, bu barədə “fins.az”a "Atrabank*dan bildirilib.

Bankın açıqlamasında deyilir: "Prezident İlham Əliyevin göstəriş və tövsiyələrində bank sektorunun sağlamlaşdırılmasının əsas yollarından biri kimi bankların konsalidasiyası nəzərdə tutulub. Bunu əsas tutaraq lisenziyaları alınmış «Atrabank» və «Qafqaz İnkişaf Bank»nın səhmdarları birləşmə haqqında qərar qəbul ediblər. Qanunvericiliyə əsasən, bu məsələ məhkəmə yolu ilə həll olunmalıdır. Ona görə də bu banklar məhkəməyə müraciət ediblər və məhkəmə 18 fevral tarixində bu iki bankın birləşməsi haqqında qərar qəbul edib".

Bu arada, «Atrabank»ın lisenziyası bərpa oluna bilər. Fins.az” xəbər verir ki, bankdan verilən məlumata görə, məhkəmə lisenziyanın bərpa edilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) bu qərarı icra etməsi gözlənilir.

AMB-dən isə bununla bağlı hələ ki qərar qəbul olunmadığı bildirilib.

Xatırladaq ki, “Atrabank”ın lisenziyası bu il yanvarın 27-də “Qafqaz İnkişaf Bankı” ilə birlikdə ləğv edilib. Bir qədər sonra hər iki bank Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və Fonddan ona verilmiş şəhadətnamə ləğv olunub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR