Tütün məmulatlarının idxalı azalıb
Bizi izləyin

Ekopublika.az

Tütün məmulatlarının idxalı azalıb

Bu ilin yanvar ayında ölkəyə 68 356,38 min dollar dəyərində yeyinti məhsulları idxal edilib.

Publika.az xəbər verir ki, ölkə üzrə cəmi idxal 442 808,17 min dollar təşkil edib ki, bunun da 15,44%-i yeyinti məhsullarının payına düşüb. İdxal ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz azalıb.

Yanvar ayında 1 535,91 min dollar (21,93 faiz azalma) dəyərində ət, 452,18 min dollar (23,3 faiz azalma) dəyərində süd, 1 228,03 min dollar (53,83 faiz azalma) dəyərində kərə yağı, 832,91 min dollar ( 7,28 faiz azalma) dəyərində çay, 9 235,2 min dollar (63,15 faiz azalma) dəyərində buğda idxal edilib.

Hesabat dövründə 12 410,71 min dollar dəyərində meyvə-tərəvəz idxalı həyata keçirilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Gömrük Komitəsinin statistikası göstərir ki, ən çox azalma tütün və tütün məmulatları üzrə baş verib. Bu məhsulların idxalı 2015-ci ilin yanvar ayı ilə müqayisədə 83,66 faiz azalıb. Nəqliyyat vasitələri və onların hissələri isə 77,61 faiz azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm