Xaricilər ötən ay Azərbaycana nə qədər kapital qoyub? - RƏQƏM
Bizi izləyin

Ekopublika.az

Xaricilər ötən ay Azərbaycana nə qədər kapital qoyub? - RƏQƏM

Bu ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 629,4 milyon manat vəsait yönəldilib.

Publika.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu da məcmu kapital qoyuluşunun 71,5%-nə bərabərdir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 534,2 milyon manatı (84,9 faizi) Birləşmiş Krallıq, Türkiyə, İsveç, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, ötən ay ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 880,7 mln. manat vəsait yönəldilib. Onun 772,0 mln. manatı və ya 87,6%-i məhsul istehsalı obyektləri, 65,7 mln. manatı (7,5%-i) xidmət sahələri üzrə obyektlərin, 43,0 mln. manatı (4,9%-i) isə ümumi sahəsi 133,7 min kv.metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm