Yumurta istehsalı azalıb
Bizi izləyin

Ekopublika.az

Yumurta istehsalı azalıb

2015-ci ildə diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 1538,6 milyon ədəd yumurta və 17,0 min ton yun istehsal edilib.

Publika.az xəbər verir ki, ət istehsalı 2014-cü illə müqayisədə 10,1 min ton və ya 2,0 faiz, süd istehsalı 68,6 min ton və ya 3,7 faiz, yun istehsalı 236 ton və ya 1,4 faiz artıb, yumurta istehsalı isə

24,1 milyon ədəd və ya 1,5 faiz azalıb.

Statistika Komitəsindən bildirirlər ki, buna iri quşçuluq fabriklərində yumurta istehsalının aşağı düşməsi təsir edib. Buna səbəb isə yem və dərman preparatlarının bahalaşması nəticəsində yaşlı toyuqların satılaraq, yerinə cavan quşların alınmaması, bəzi müəssisələrin isə yumurtalıq istiqamətindən ətlik istiqamətə keçməsi olub. Nəticə etibarı ilə yumurta istehsalı üzrə bütün təsərrüfat kateqoriyalarında kənd təsərrüfatı müəssisələrinin xüsusi çəkisi əvvəlki illə müqayisədə 45,1 faizdən 41,3 faizə enib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm