Dünyanın ən güclü neft adamı: Bazardan çıxın!
Bizi izləyin

Ekopublika.az

Dünyanın ən güclü neft adamı: Bazardan çıxın!

Dünyanın ən güclü neft adamı ABŞ-ın Hyuston şəhərində neftin ucuz qiymətindən xilas olmaq istəyən rəhbər şəxslərə sərt mesaj verib: “Yüksək xərcli neft istehsalçıları ya xərcləri azaltmalı, borclanmalı, ya da işlərini ləğv etməlidirlər”.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, neft sahəsində minlərlə yüksək səviyyəli menecerlərin qatıldığı “IHS CESAWEEK” konfransında Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi bildirib ki, ABŞ-ın neft istehsalçıları ya xərcləri aşağı salmalı, ya da neft biznesindən çıxmalıdırlar.

Əli əl-Nəimidən gələn mesaj "daha çox xərcin azaldılması, daha çox neftçinin işdən çıxarılması və daha çox quyuda hasilatın dayandırılması" mənasını verir: "Amansızdır və təəssüf ki, elədir, ancaq bu, bazarların yenidən balanslaşdırılması üçün ən səmərəli yoldur".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm