Manatın dinamikasına təsir edən AMİLLƏR – HESABAT
Bizi izləyin

Ekopublika.az

Manatın dinamikasına təsir edən AMİLLƏR – HESABAT

2015-ci ildə manatla pul bazası 40.2% azalaraq ilin sonuna 6901.8 mln. manat təşkil edib. Xarici valyutada depozitlər cəmi əmanətlərin 76 faizinə yüksəlib.

Publika.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalına istinadən bildirir ki, ötən ildə manatla pul kütləsinin dinamikası əsasən valyuta bazarında baş verən proseslərin təsiri altında formalaşıb.

Pul bazasının həcminə dollarlaşma və hökumət hesabları qalıqlarının dəyişimi azaldıcı, digər amillər isə (Mərkəzi Bankın apardığı likvidlik əməliyyatları) artırıcı təsir edib.

Bank sisteminin pulyaratma qabiliyyətini ifadə edən pul multiplikatorunun səviyyəsində azalma müşahidə olunub. Bununla əlaqədar olaraq pul kütləsinin azalma tempi pul bazasının azalma tempini üstələyib. İl ərzində manatla geniş pul kütləsi (M2) 50.6% azalaraq dövrün sonuna 8613.1 mln. manat təşkil edib. Geniş mənada manatla pul kütləsi əsasən nağd pul kütləsi hesabına azalıb. Bununla belə, 2015-ci il ərzində nağdlaşma göstəricisi (M0/M2) 2.78 faiz bəndi azalıb.

Hesabat ili ərzində geniş pul kütləsi (M3) 1.2% azalaraq 21318.6 mln. manat olub. M3 pul aqreqatının ÜDM-yə nisbəti 2014-cü ildə 36.5% olduğu halda, 2015-ci ildə bu rəqəm 39.2%-ə yüksəlib.

2015-ci ildə M3 pul aqreqatının azalması əsasən xalis daxili aktivlərin azalması hesabına baş verib. Xalis xarici aktivlər isə yenidənqiymətləndirmə nəticəsində manat ifadəsində artıb və pul kütləsinə artırıcı təsir edib. 2015-ci ildə dollarlaşma səviyyəsi yüksəlib. Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ilin sonuna 76.8% təşkil edib. Xarici valyutada əmanət və depozitlərin M3 pul kütləsində payı isə dövrün sonuna 59.6% olub. Xarici valyutada depozitlərin cəmi depozitlərdə payının artımı qismən xarici valyutada depozitlərin manat ifadəsində dəyərinin artmasından qaynaqlanır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm