Ötən il ölkəyə 7 milyard xarici investisiya qoyulub
Bizi izləyin

Ekopublika.az

Ötən il ölkəyə 7 milyard xarici investisiya qoyulub

Ötən il xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 7 mlrd. manat ekvivalentində olub.

Publika.az xəbər verir ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 44%-i təşkil edir. Əsas kapitala yönəldilmiş xarici investisiyaların artım tempi 43.8% olub. İl ərzində ölkənin beynəlxalq reytinqinin qorunması xarici investisiya daxilolmalarına müsbət təsir göstərən amillərdən biri olub.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya və İsveçin sərmayədarlarına məxsus olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm