Ötən il ölkədə nə qədər müəssisə yaradılıb?
Bizi izləyin

Ekopublika.az

Ötən il ölkədə nə qədər müəssisə yaradılıb?

2015-ci il ərzində yeni yaradılmış müəssisə və təşkilatların 95 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,6 faizi tam xarici investisiyalı, 1,8 faizi birgə mülkiyyətli), 0,9 faizi bələdiyyə mülkiyyətli, 4,1 faizi dövlət mülkiyyətli müəssisələrdir.

Publika.az xəbər verir ki, qeydiyyatda olan müəssisə və təşkilatların 53,3 faizi Bakıda yerləşir. Hesabat dövründə yeni yaradılmış müəssisə və təşkilatların isə 53,8 faizi Bakıda, 11,9 faizi Aran, 10,8 faizi Lənkəran, 8,1 faizi Abşeron və 5,4 faizi Gəncə-Qazax iqtisadi rayonlarında qeydiyyata alınıb.

Statistik vahidlərin yaradılması prosesi Lənkəran (11,2%), Dağlıq Şirvan (8,0%), Abşeron (7,9%), Bakı şəhərində (6,3%), Yuxarı Qarabağ və Aran (5,4% hər birində), Gəncə-Qazax (4,9%), Şəki-Zaqatala (4,4%) və Quba-Xaçmaz (4,1%) iqtisadi rayonlarında daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 339, Aran və Gəncə-Qazax iqtisadi rayonları üzrə 33 (hər birində), Abşeron iqtisadi rayonu üzrə 31, Naxçıvan iqtisadi rayonu üzrə 29, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 14, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonları üzrə 7 (hər birində), Quba-Xaçmaz iqtisadi rayonu üzrə 6 və Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 5 müəssisə ləğv edilib.

2016-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayının 78,8 faizini kiçik müəssisələr təşkil edib. Onların əsas hissəsi ticarət (31,3%), digər sahələrdə xidmətlərin göstərilməsi (13,1%), tikinti (12,5%) və kənd təsərrüfatı (11,0%) sahələrində yaradılıb.

Kiçik müəssisələrin 56,2 faizi Bakının, 13,1 faizi Aran, 7,0 faizi Abşeron, 6,2 faizi Lənkəran, 6,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonların payına düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm