Qlobal artım: gözləntilər və proqnozlar
Bizi izləyin

Ekopublika.az

Qlobal artım: gözləntilər və proqnozlar

Dünya Bankı qlobal artımın 2016-cı ildə 2.9 faiz olacağını açıqlayıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, 2017-2018-ci illərdə qlobal artımın 3.1 faiz olacağı gözlənir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına əsasən, 2016-cı ildə qlobal artım 3.4% təşkil edəcək. Bu da daha öncə verilmiş proqnozla müqayisədə 0.2% azdır.

İnkişaf Etmiş Ölkələrdə (İEÖ) iqtisadi artım 2.1%, İnkişaf Etməkdə Olan Ölkələrdə (İEOÖ-də) 4.3% təşkil edəcək.

2016-cı ildə də qlobal artımın əsas aparıcı qüvvəsi İEÖ olacaq. İqtisadi aktivliyin dayanıqlı olması, yumşaq maliyyə şərtləri və məşğulluğun artması ABŞ-da artımı dəstəkləyici amillərdir.

Neft qiymətlərinin aşağı olması, yumşaq fiskal və monetar siyasətin davam etməsi Avrozonada məcmu buraxılış kəsirinin azalmasına və iqtisadi artıma müsbət təsir edəcək.

2015-ci ilə nəzərən 2016-cı il üzrə iqtisadi perspektiv gözləntilərinin daha nikbin olmasına baxmayaraq bir çox risklər qalmaqda davam edir. Xüsusilə Çin iqtisadiyyatında baş verən gözləniləndən yuxarı geriləmə 2016-cı ildə də beynəlxalq ticarətə və maliyyə bazarlarına mənfi təsir edəcək. 2016-cı il üzrə iqtisadi artım proqnozlarını və riskləri nəzərə alaraq beynəlxalq maliyyə-kredit təşkilatları bir sıra siyasət təklifləri irəli sürüblər. Tövsiyələrə görə, bir çox İEÖ-də inflyasiya dərəcələrinin aşağı olaraq qalması həmin ölkələrdə yumşaq monetar siyasətin davam etdirilməsini zəruri edir. Fiskal balansın risk həddini keçməmək şərti ilə artımı dəstəkləyən fiskal siyasət həyata keçirilməlidir.

İEOÖ-də iqtisadi vəziyyəti nəzərə alaraq daha geniş siyasət təkliflərinə yer verilməlidir. Xammal ixrac edən ölkələrə dövlət xərclərinin azaldılması və daha effektiv həyata keçirilməsi təklif edilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm