Mərkəzi Bankın sədri: "Bankların konsolidasiyası başa çatıb"
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bankın sədri: "Bankların konsolidasiyası başa çatıb"

"Azərbaycan İpoteka Fondu" ASC üçün dövlət büdcəsindən 50 mln. manat ayrılıb. Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir".

Publika.az "xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov, həmçinin, bankların konsolidasiya prosesinin başa çatdığını da bildirib: "Bircə "AGBank"la bağlı məsələ qalıb. Onlar da öz əmanətçilərinin hesabına kapitalını artırır".

O bildirib ki, altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb: “Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq".

E. Rüstəmov ölkədə İslam Bankının yaradılması ilə bağlı hər hansı müzakirə aparılmadığnı da əlavə edib.

O vurğulayıb ki, sosial ipoteka kreditləri üçün müəyyən edilən faiz dərəcələrində hər hansı dəyişilik olmayacaq: "Kommersiya ipotekasının faiz dərəcələri isə müzakirə edilir və bazara uyğun müəyyən ediləcək. Bütün bunlar yeni yaradılacaq qurumun səlahiyyətində olacaq. Amma ipoteka kreditlərində məbləğin artırılması gözlənilir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm