Əmanətlərin Sığortalanması Fonduna lazımi vəsait veriləcək - RƏSMİ
Bizi izləyin

Ekopublika.az

Əmanətlərin Sığortalanması Fonduna lazımi vəsait veriləcək - RƏSMİ

Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri tükəndiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan qaydada Mərkəzi Bank Fonda lazımi həcmdə vəsait verəcək.

Publika.az bildirir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə deyib.

O, bu məsələdə qorxulu heç bir şey olmadığını vurğulayıb: “Ləğv olunmuş bankların əmanətçilərinə kompensasiyaların verilməsi prosesi davam edir. Fondun qiymətli kağızları var idi, o kağızlar satıldı, əvəzində müəyyən həcmdə vəsait cəlb olundu. Orada kəsir çox da böyük deyil. Mərkəzi Bank artıq o vəsaitlərin Əmanətlərin Sığortalanması Fonduna verilməsi ilə bağlı Fondla danışıqlar aparır. Bu hər iki qurum arasında olan ilk əqd olacaq. Düşünmürəm ki, uçot dərəcəsindən yuxarı faiz dərəcəsi olacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm