Ziyad Səmədzadə: “Neft yataqlarından birgə istifadə tarixi hadisədir”
Bizi izləyin

Ekopublika.az

Ziyad Səmədzadə: “Neft yataqlarından birgə istifadə tarixi hadisədir”

“Azərbaycan Respublikasının prezidentinin xarici siyasəti çox uğurludur. Ölkənin iqtisadi qüdrətinin, siyasi gücünün artmasına xidmət edir”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Ziyad Səmədzadə dövlət başçısının İran İslam Respublikasına rəsmi səfərini dəyərləndirərkən bildirib.

O deyib ki, imzalanan sənədlərin, aparılan danışıqların mahiyyətinə görə bu səfər tarixi səfərdir:

“İran Azərbaycanın yaxın qonşusudur. Hər iki ölkə islam dünyasının dəyərli dövlətləridir. İran kimi böyük dövlətlə Azərbaycanın əməkdaşlığı, İran rəhbərliyinin Azərbaycan prezidentinə münasibəti dövlətimizin apardığı müstəqil siyasətə, milli maraqlara xidmət edir. Eyni zamanda, beynəlxalq əməkdaşlıq prinsiplərini özündə əks etdirir. Əminəm ki, imzalanan sazişlər ölkə iqtisadiyyatının diversifikasiyasına təsir göstərəcək. Azərbaycan coğrafi baxımdan strateji mərkəzdə yerləşir. İranla Azərbaycan arasında ticari əlaqələrin inkişafında həm dəmir yolunun, həm də Xəzər dənizinin böyük rolu var. Azərbaycanla İran arasında dəmir yolunun modernləşdirilməsi təkcə iki ölkə üçün ticari uğurlar vəd etmir. Bu nəqliyyat yolundan bir çox ölkələr istifadə edəcək. Bu sazişin imzalanması Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir”.

Xəzər dənizi ilə bağlı iki ölkənin maraqlarının üst-üstə düşdüyünü deyən Z.Səmədzadə neft yataqlarından birgə istifadəni tarixi hadisə kimi qiymətləndirib. Onun fikrincə, bu, Azərbaycanın iqtisadi imkanlarını artıracaq:

“Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal ölkələrdən birinə çevrilib. İrana enerji satışının reallaşdırılması böyük hadisədir. Biznes öhdəliklərinin götürülməsi, gələcəkdə ticarət dövriyyəsinin artmasına xidmət edəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm